
Sentyabrın 15-dən “Bakmil” stansiyası və əksinə hərəkət edən qatarların hərəkət cədvəlinə dəyişikliklər edilib.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, dəyişiklik Bakı metropolitenində qatarların hərəkətinin payız-qış qrafikinə keçid ilə bağlıdır.
Məlumata görə, qatarların qeyd edilən istiqamətlərdə hərəkət cədvəli “metro.gov.az” saytının “Sərnişinlər üçün” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində dərc edilir.
Yeni qrafik sentyabrın 15-i səhər saat 06:00-dan qüvvəyə minir.