DİM-DƏ BEYNƏLXALQ RUS DİLİ İMTAHANI KEÇİRİLİB

Sentyabrın 13-də Dövlət İmtahan Mərkəzində (DİM) ТРКИ (test po russkomu yazıku kak inostrannomu) imtahanı təşkil edilib.

DİM-dən bildirilib ki, imtahanın nəticələri namizədə 15 iş günündən sonra elektron poçt vasitəsilə göndəriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ – beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.

İmtahan haqqında daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.