QURANİ-KƏRİMƏ QARŞI HÜCUMLAR BMT-DƏ MÜZAKİRƏ EDİLƏCƏK

Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimə qarşı hücumlar BMT-də müzakirəyə çıxarılacaq.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk jurnalistlərə açıqlamasinda bildirib.

O qeyd edib ki, Qurani-Kərimə qarşı son vaxtlar artan hücumlar BMT İnsan Haqları Şurasının 6 oktyabrda keçiriləcək 54-cü Sessiyasında gündəmə gətiriləcək.

Qeyd edək ki, İsveç və Danimarkada son zamanlar dəfələrlə Qurani-Kərimin yandırılması müşahidə edilib.