
İslam dininə aid ibadət yerlərində (məscidlər) imam və imam müavini vəzifələrinin tutulması üçün 12 sentyabr 2023-cü ildə keçirilmiş müsahibənin nəticələri açıqlanıb.
42 namizəddən 9 nəfəri müsahibəni uğurla keçib, 2 nəfəri isə müsahibədə iştirak etməyib.
11-19 sentyabr tarixlərini əhatə edəcək ikinci mərhələdə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılır.
Müsahibənin 4-8 sentyabr tarixlərini əhatə edən birinci mərhələsində isə qadın dini ayinlərin icraçısı seçimi baş tutub.
