CEYHUN BAYRAMOV CENEVRƏDƏ “DÜŞÜNCƏLƏR VƏ ARZULAR” ABİDƏSİNİ ZİYARƏT EDİB

Xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə “Düşüncələr və Arzular” abidəsini ziyarət edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Abidə 2017-ci ildə Azərbaycanın BMT-yə üzv olmasının 25-ci ildönümü münasibətilə ucaldılıb.

Qeyd edək ki, 11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.