MACARISTAN QARABAĞ ƏRAZİSİNDƏ KEÇİRİLMİŞ QONDARMA “SEÇKİLƏR”İ TANIMIR

Macarıstan Qarabağ ərazisində keçirilmiş qondarma “seçkilər”i tanımır.

Bu barədə Macarıstan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.

“Macarıstan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, buna görə də biz Qarabağdakı qondarma “prezident seçkilərini” qeyri-legitim hesab edirik. Münaqişənin mümkün qədər tez bir zamanda sülh yolu ilə nizamlanmasına çağırırıq”, – deyə bəyanatda bildirilir.