Hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı məşğələləri keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən təlimdə döyüş atışları icra olunub.
Qeyd edilib ki, şərti düşmənin hava hədəflərinin aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.
Azərbaycan Ordusunun müxtəlif qoşun növlərində hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlimlər davam edir.