ŞƏHRİYAR MƏMMƏDYAROV “SUPERBET CHESS CLASSİC” TURNİRİNİN QALİBİ OLUB

Qrossmeyster Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Superbet Chess Classic” turnirinin qalibi olub.

36 yaşlı şahmatçımız yarışın sonuncu turunda fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib. Bununla da xal ehtiyatını 6-ya çatdıran Şəhriyar Məmmədyarov bütün rəqiblərini geridə qoyaraq turnirin qalibi adını qazanıb.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyan ilə heç-heçə edib. Teymur Rəcəbov turniri 4,5 xalla başa vurub.