TEATR VƏ SƏRGİLƏRƏ BİLET SATIŞI ADI İLƏ VƏTƏNDAŞLARA QARŞI KİBERDƏLƏDUZLUQ HƏYATA KEÇİRİLİR

Ölkəmizdə fəaliyyət göstərən müxtəlif teatr və sərgilərə bilet satışı adı ilə vətəndaşlara qarşı kiberdələduzluq həyata keçirilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, kiberdələduzlar saxta veb-səhifələr yaradaraq bilet satışı adı ilə vətəndaşların bank və fərdi məlumatlarını ələ keçirir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi, həmçinin hər hansı bir məhsul və ya xidmət alarkən rəsmi satış həyata keçirən mənbələrə müraciət etməyi tövsiyə edir.

Teatr və sərgilərə bilet satışı adı ilə vətəndaşlara qarşı kiberdələduzluq həyata keçirilir