ELÇİN ƏMİRBƏYOV: ERMƏNİSTANIN BAŞLATDIĞI KAMPANİYANIN MƏQSƏDİ DANIŞIQLARDA İRƏLİLƏYİŞİN OLMAMASINA GÖRƏ BÜTÜN GÜNAHI AZƏRBAYCANIN ÜZƏRİNƏ ATMAQDIR

Ermənistanın başlatdığı kampaniya danışıqlarda irəliləyişin olmamasına görə bütün günahı Azərbaycanın üzərinə atmaq məqsədi daşıyır.

Bunu “Deutsche Welle”ə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

Ermənistanın Azərbaycanı qaralamaq və hər şeydə bizi günahlandırmaq, eləcə də “humanitar çətinliklər”i manipulyasiya etmək məqsədilə bütün dünyada başlatdığı kampaniya yerlərində status-kvonu möhkəmləndirməyə, sülh prosesində iştirakı imitasiya etməyə və sülh prosesini təhlükə altında qoymağa və danışıqlarda irəliləyişin olmamasına görə bütün məsuliyyəti Azərbaycanın üzərinə atmağa yönəlmiş taktiki gedişdir. Halbuki Azərbaycan dəfələrlə öz xoş məramını və sülh prosesində irəliləyişin əldə olunmasına səmimi istəyini sübut edib, çünki sülh sazişi layihəsini, kommunikasiya xətlərinin yenilənməsini və dövlət sərhəddinin demilitasiyasını məhz biz təklif etmişik”, – o deyib.