Kəlbəcər və Laçın rayonlarının inzibati ərazilərində “təhlükəsiz bərk tullantılar poliqonları”nın layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.
Bu barədə Təmiz Şəhər” ASC-yə istinadən xəbər verir.
Məlumata görə, hər iki rayonda yerləşən poliqon 10 hektar ərazini əhatə edəcək və tutumu 50 min kubmetr olacaq. Hər iki poliqonun yerləşdiyi ərazidə mühəndis geoloji və hidroloji axtarış işləri aparılacaq.
Xatırladaq ki, 2022-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub.
Proqrama əsasən, Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli, Ağdam, Tərtər, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonları üzrə 9 poliqon ərazisi müəyyən edilib.