ADA UNİVERSİTETİ XORVATİYA DİPLOMATİK AKADEMİYASI İLƏ MEMORANDUM İMZALAYIB

ADA Universiteti ilə Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin Diplomatik Akademiyası arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında bildirilib.

Qeyd edilib ki, anlaşma memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiyaya rəsmi səfəri çərçivəsində imzalanıb.

Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfərə gedib.

ADA Universiteti Xorvatiya Diplomatik Akademiyası ilə memorandum imzalayıb (FOTO)

ADA Universiteti Xorvatiya Diplomatik Akademiyası ilə memorandum imzalayıb (FOTO)