Moskva Ermənistan hökumətinin Roma statutunun parlamentə ratifikasiya üçün göndərməsi ilə bağlı Ermənistandan açıqlama tələb edib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Rusiya İrəvanın cavabının məzmunundan çıxış edərək gələcək addımları müəyyən edəcək”, – deyə o, əlavə edib.
Qeyd edək ki, Ermənistanın Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya üçün parlamentə göndərib. Roma statutu Ermənistan parlamenti tərəfindən ratifikasiya olunacağı təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası Ermənistan hökuməti üçün məcburi xarakter daşıyacaq.
Xatırladaq ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Roma statutu ratifikasiya olunarsa, Vladimir Putin Ermənistan ərazisinə səfər edə bilməyəcək.