Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan bildiriblər ki, avqustun 28-dən sentyabrın 3-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 68, tank əleyhinə 26 mina və 160 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 1069,2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.