“SPACEX” ORBİTƏ 21 PEYK GÖNDƏRİB

“Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin 21 mini peykdən ibarət növbəti partiyası ilə orbitə start götürüb.

Bu barədə “SpaceX” şirkəti məlumat yayıb.

Bildirilib ki, raket ABŞ-nin Florida ştatındakı Kanaveral burnunda Kennedi adına Kosmik Mərkəzin 39А start kompleksindən buraxılıb.

Qeyd edək ki, bu, “Starlink” layihəsi çərçivəsində internet peyklərinin 2019-cu ilin mayından etibarən sayca 105-ci, bu ilin əvvəlindən isə 36-cı buraxılışıdır. “SpaceX” artıq orbitə beş mindən çox bu cür peyk buraxıb. Onlardan bir hissəsi sıradan çıxaraq orbitdən kənarlaşıb. Beş minə yaxın cihaz orbitdə işlək vəziyyətdə qalır.