HİNDİSTANIN ŞƏRQİNDƏ İLDIRIM VURMASI NƏTİCƏSİNDƏ AZI 12 NƏFƏR HƏLAK OLUB

Hindistanın şərqindəki Odişa ştatında ildırım vurması nəticəsində azı 12 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Məlumata görə, iki saat ərzində ştatda ən azı 61 min ildırım çaxması qeydə alınıb.

Hindistanın meteorologiya departamenti daha əvvəl Benqal körfəzindəki siklonlar səbəbindən hava şəraitinin pisləşəcəyi və leysan yağışları ilə bağlı xəbərdarlıq etmişdi.

Rəsmi məlumatlara görə, 2022-ci ildə Hindistanda ildırım vurması nəticəsində 907 nəfər həlak olub.