DİN MƏZUN VƏ VALİDEYNLƏRƏ MÜRACİƏT EDİB

Daxili İşlər Nazirliyi (DİN) məktəb məzunlarına və valideynlərə müraciət edib.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, valideynlər avtomobillərini sürücülük hüququ olmayan yeniyetmələrə verməsin: “Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.

Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir”.