
Mingəçevir şəhərində yerləşən Kür Olimpiya Tədris-İdman Mərkəzində triatlon üzrə Azərbaycan çempionatına start verilib.
Çempionat Azərbaycan Triatlon Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Qeyd edək ki, çempionat 10-13 yaşlılar (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km), 14-17 yaşlılar (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km), 18 yaşdan yuxarı (Gənc/U23/Elit – üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km) və komandalar (estafet – üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km) arasında keçirilir.
