PREZİDENT İLHAM ƏLİYEV SAN-MARİNONUN REGENT KAPİTANLARINI TƏBRİK EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları Zati-aliləri cənab Alessandro Skarano və xanım Adele Tonniniyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“San-Marinonun milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost San-Marino xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.