AZƏRBAYCAN QIZIL AYPARA CƏMİYYƏTİNİN GÖNDƏRDİYİ ƏRZAQ YÜKÜ BEŞ GÜNDÜR AĞDAM-XANKƏNDİ YOLUNDA GÖZLƏYİR

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən və içərisində 4 ton un olan iki yük maşını artıq beşinci gündür ki, Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyiblər.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev bildirib ki, gətirilən 40 ton un müəyyən problemlər üzündən Qarabağ iqtisadi rayonunda olan erməni əsilli sakinlərə təhvil verilməyib: “Biz israrlıyıq. Nə qədər lazımdırsa, gözləyəcəyik. Məqsədimiz gətirdiyimiz ərzaq yükünü Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinə çatdırmaqdır”.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.