TƏBİB-İN TABELİYİNDƏKİ MÜƏSSİSƏLƏRİN SİYAHISI GENİŞLƏNDİRİLİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki müəssisələrin siyahısı genişləndirilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, siyahıya digər qurumlar üzrə İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxsi əlavə olunub.

Bu qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.