Azərbaycanda vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş ödəmələri vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 5 il müddətində tələb edə bilər.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edək ki, bundan öncə vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il müddətində tələb etmək hüququna malik idi.