QAİ: ALMANİYANIN XARİCİ İŞLƏR NAZİRİ AZƏRBAYCANOFOB QƏRB MEDİASININ TƏSİRİ ALTINDADIR

Qərbi Azərbayan İcması Almaniyanın xarici işlər nazirinin 2023-cü il 31 avqust tarixli bəyanatı ilə əlaqədar bildirir ki, alman nazir ya belçikalı və kanadalı həmkarları kimi böyük bir ölçüdə məsələlərin mahiyyətindən xəbərsizdir, ya da bəzi islamofob, azərbaycanofob Qərb mediasının təsiri altındadır.

Bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Qeyd edilib ki, Almaniya kimi bir ölkənin keçmiş münaqişəyə dair öz mövqeyinin olmaması, başqalarının mövqeyindən çıxış etməsi çoxlu suallar doğurur. Yəqin ki buna görə,Almaniya bütün günü beynəlxalq hüquqdan, qanunun aliliyindən, insan hüquqlarından danışmasına baxmayaraq Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün Ermənistana çağırış etməmiş, bu ölkədən deportasiya edilmiş azərbaycanlıların qayıdışı, hüquqları məsələsinə toxunmamışdır.

Alman naziri, ölkəsinin başqalarının Cənubi Qafqaz regionuna gətirmək istədiyi təhlükəli geosiyasi rəqabət ssenarisində yer almamağa çağırırıq.