ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ ZƏRBƏ PUA-SI TƏTBİQ EDİB, DAHA İKİ HƏRBÇİMİZ YARALANIB

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.