KAAN DÖYÜŞ TƏYYARƏSİNİN İLK UÇUŞ TARİXİ AÇIQLANIB

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsi KAAN-ın ilk uçuşu bu ilin sonunda həyata keçiriləcək.

TurkicWorld-ım məlumatına görə, bu barədə TUSAŞ-ın direktoru Temel Kotil bildirib.

Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dən alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli döyüş təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında milli döyüş təyyarəsinə KAAN adını verib.