AZƏRBAYCAN XİN TÜRKİYƏNİN ZƏFƏR GÜNÜ İLƏ BAĞLI PAYLAŞIM EDİB

Azərbaycan Xarici İşlər Nazirliyi 30 avqust – Türkiyənin Zəfər Günü ilə bağlı paylaşım edib.

Bu barədə nazirliyin “X” (tvitter) sosial şəbəkə hesabında qeyd edilib.

“Qardaş tarixinin şanlı səhifələrindən biri olan, İstiqlal savaşının taleyini həll edən 30 avqust Zəfərinin 101-ci ildönümündə, bu qələbənin memarları olan Qazi Mustafa Kamal Atatürkü və onun silahdaşlarını hörmətlə yad edirik”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Türkiyədə 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür.