Ötən gündən etibarən Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-9237 və aviaşirkətin tərkibinə daxil olan “Buta Airways”in J2-9225 Bakı-Tbilisi reysləri təxirə salınıb.
AZAL-dan bildirilib ki, şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tbilisiyə yola düşüblər.
Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar.