AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ TÜRKİYƏDƏ SƏFƏRDƏDİR

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Z.Həsənov 30 Avqust – Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin müdafiə nazirinin Türkiyə Respublikası Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən buraxılış mərasimlərində iştirakı da planlaşdırılıb.