“MİCROSOFT EDGE” MƏHSULUNDA KRİTİK BOŞLUQ AŞKARLANIB – XƏBƏRDARLIQ

    “Microsoft Edge” (Chromium-based) məhsulunda kritik boşluq (CVE-2023-36741) aşkar olunub.

    Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, kiberdələduz xüsusi hazırlanmış veb-sayt vasitəsilə brauzerə zərərli kodu yerləşdirməklə, bu boşluqdan istifadə edə bilər. Boşluq istismar edilərsə, kiberdələduzun istifadəçinin sistemi üzərində tam nəzarəti ələ keçirməsinə imkan verə bilər.

    İstifadəçilərə “Microsoft Edge” (Chromium-based) məhsulunu qısa zamanda ən son versiyaya yeniləmələri tövsiyə olunur.