TÜRKİYƏDƏ 4,8 MAQNİTUDALI ZƏLZƏLƏ OLUB

Bu gün səhər saatlarında Türkiyənin Konya şəhərində 4,8 maqnitudalı zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ 13 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.