MİLLİ RƏQƏMSAL EFİR MƏKANI ÜÇÜN MİNİMAL KİBERTƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ MÜƏYYƏN EDİLƏCƏK

Milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyən ediləcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.

Strategiyaya əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2023-cü ildə Azərbaycan Respublikasının Audiovizual Şurası, Elm və Təhsil Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələblərini müəyyən etməli və onların icrasına nəzarət mexanizmlərini yaratmalıdır.