İnformasiya təhlükəsizliyi üzrə texnologiyaların hazırlanması üçün vergi və digər icbari ödənişlərə dair güzəştlər müəyyən ediləcək.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.
Strategiyaya əsasən, Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi ilə birgə 2024-cü ildə informasiya təhlükəsizliyi üzrə texnologiyaların hazırlanması, həmçinin istehsalı üçün vergi və digər icbari ödənişlərə dair güzəştlərin müəyyən edilməsi ilə bağlı təkliflər vermək tapşırılıb.