İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ SAHƏSİNDƏ ÖLÇMƏ MEYARLARI VƏ İNDİKATORLARI MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

İnformasiya təhlükəsizliyi hadisələrinin monitorinqi üçün insidentləri və kritik halları aşkarlama, ölçmə meyarları və indikatorları müəyyənləşdiriləcək.

Bununla bağlı “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda qeyd edilib.

Strategiyaya əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə 2023–2024-cü illər ərzində sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsini, yerli ekosistemə uyğun təcrübənin tətbiqi imkanlarının araşdırılmasını, aşkarlama, ölçmə meyarları və indikatorlarının müəyyən edilməsini təmin etməlidir.