
Azərbaycan Moldova ilə strateji əməkdaşlığın daha da genişləndirilməsinə ümid edir.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.
“Müstəqillik günü münasibətilə dostumuz və tərəfdaşımız Moldovanın xalqını və hökumətini təbrik edir və ən xoş diləklərimizi bildiririk!
Biz strateji əməkdaşlığımızın daha da möhkəmləndirilməsinə ümid edirik.
Milli bayramınız mübarək!”, – deyə paylaşımda bildirilib.

