BELÇİKA XİN-İN RƏHBƏRİ: AZƏRBAYCANLA ƏLAQƏLƏRİN DƏRİNLƏŞMƏSİNİ İSTƏYİRİK

Belçika və Azərbaycan arasında əlaqələrin dərinləşməsini istəyirik.

Bunu Belçikanın xarici işlər naziri Hadija Labib avqustun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinq zamanı deyib.

“Azərbaycanla Belçika arasında ikitərəfli əlaqələr, ticarət, investisiya sahəsində bir sıra məsələləri müzakirə etdik. Bugünkü görüşdə müxtəlif məsələləri müzakirə etmək üçün yaxşı fürsət oldu”, – deyə Hadija Labib qeyd edib.