Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Lahbibi qəbul edib.
Bu barədə Xarici işlər Nazirliyi “X” (tvitter) sosial şəbəkə hesabından məlumat yayıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Belçikanın xarici işlər naziri Hadja Lahbibi arasında geniş tərkibli görüş başlayıb. Danışıqlar zamanı tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələləri, eləcə də regiondakı vəziyyəti müzakirə ediblər.