BELÇİKA XİN BAŞÇISI AZƏRBAYCANDA SƏFƏRDƏDİR

Belçikanın xarici işlər naziri Hadca Labib Azərbaycanda rəsmi səfərdədir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Xatırladaq ki, Belçika XİN başçısının regional səfəri avqustun 22-də başlayıb. Səfər çərçivəsində Gürcüstan və Ermənistan daha sonra Bakıya gəlib.

Nazirin bu gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə brifinqi olacaq.