XƏBƏRDARLIQ: HAVA ŞƏRAİTİ QEYRİ-SABİT OLACAQ, TEMPERATUR 4-7° ENƏCƏK

Bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq avqustun 27-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.