DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN VƏZİFƏLƏRİNDƏN BİRİ DƏYİŞİB

Prezident İlham Əliyev 4 iyun 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra Komitə gömrük cinayətləri barədə məlumatla yanaşı, aidiyyəti sənədləri də maliyyə monitorinqi orqanına təqdim edəcək.