Azərbaycan və Özbəkistan arasında yeni “Yol Xəritəsi” imzalanıb.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.
“Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov ilə 2023-2025-ci illər üzrə enerji əməkdaşlığımızın inkişafının yeni “Yol Xəritəsi”ni imzaladıq. Perspektivdə çoxsaylı enerji layihələri var, enerji tərəfdaşlığımız münasibətlərimizi daha da möhkəmləndirəcək”, – nazir bildirib.
Qeyd edək ki, bu gün Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə gəlir. Səfər çərçivəsində bir çox müzakirələrin aparılması, rəsmi mərasimlərin keçirilməsi gözlənilir.