MÜDAFİƏ NAZİRLİYİ: QEYRİ-QANUNİ ERMƏNİ SİLAHLI DƏSTƏLƏRİNİN TEXNİKİ MÜŞAHİDƏ VASİTƏLƏRİ SIRADAN ÇIXARILIR

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb.

Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir.