ÖLKƏ ƏRAZİSİNDƏ HAVA ŞƏRAİTİ ƏSASƏN YAĞMURSUZ KEÇİB

Milli Hidrometeorologiya Xidmətinin avqustun 21-i saat 10:00-a olan məlumatına görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin avqustun 20-də gündüz Lənkəran-Astara bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağıb (1 millimetrədək).

Xidmətdən verilən məlumata görə, havanın maksimal temperaturu Abşeron yarımadasında 36°-dək, Naxçıvan Muxtar Respublikasında və aran rayonlarında 37°-dək, dağlıq rayonlarda isə 28°-dək isti olub.

Avqustun 21-23-də əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtımalı var. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.