Azərbaycanın Xarici İşlər Nazirliyi Macarıstanı təbrik edib.
Bu barədə XİN öz X (Twitter) hesabında paylaşım edib.
“Macarıstanın Milli Günü münasibətilə Macarıstan xalqına və hökumətinə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Azərbaycan-Macarıstan ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”, – XİN-in paylaşımında qeyd edilir.