Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Müsahibə mərhələsinin VII günü fiziki tərbiyə, ingilis dili, rus dili və ədəbiyyat, təsviri incəsənət, biologiya, Azərbaycan dili (rus bölməsi) və fizika fənləri üzrə müsahibələr təşkil olunub.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsahibələrə 723 nəfər dəvət edilib.