Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri – Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya və Qırğızıstanın sabiq baş naziri Comart Otorbayev və mərkəzin baş katibi Pekin və Quançjou şəhərlərində səfərdədirlər.
Mərkəzdən bildirilib ki, səfər çərçivəsində heyətin Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo, Çin Xalq Xarici Əlaqələr İnstitutunun sədri, 14-cü ÜmumÇin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin üzvü, Çin Xalq Nümayəndələri Məclisinin Xarici Əlaqələr Komitəsinin sədr müavini və 2009-2019-cu illərdə xarici işlər nazirinin sabiq müavini Vanq Çao, Çin Xalq Diplomatiyası Assosiasiyasının prezidenti Vu Hailonq ilə görüşləri keçiriləcək.
Görüşlərin əsas məqsədi Mərkəz ilə Çinin düşüncə mərkəzləri arasındakı əlaqələrin gücləndirilməsi və reallaşacaq birgə layihələrin müzakirəsidir.