Bu gün ilin ilk Günəş tutulması hadisəsi baş verir. Bu tutulma halqavari Günəş tutulmasıdır.
Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, saat 12:12:15-də başlayan tutulma hadisəsi 17:11:16-da sona çatacaq. Ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq.
Bu Günəş tutulmasının halqavari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.
Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.