ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYANLARIN SİYASİ PARTİYAYA ÜZV QƏBUL EDİLMƏSİNƏ GÖRƏ CƏRİMƏLƏR MÜƏYYƏNLƏŞİB

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin siyasi partiyaya üzv qəbul edilməsinə görə cərimələr müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “ İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin siyasi partiyaya üzv qəbul edilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.