“MİCROSOFT”UN “OFFİCE” VƏ “WİNDOWS” MƏHSULLARINA TƏSİR EDƏN BOŞLUQ AŞKAR EDİLİB

“Microsoft”un “Office” və “Windows” məhsullarına təsir edən boşluq (CVE-2023-36884) aşkar edilib.

Bu barədə Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilir.

Boşluq “Microsoft”un “Office” və “Windows” sistemlərində uzaqdan kod icrası zəifliyidir. Bu boşluqdan müvəffəqiyyətlə istifadə edən kiberdələduz xüsusi hazırlanmış “Microsoft”un “Office” sənədi vasitəsilə ixtiyari kodu icra etmək imkanı əldə edir.

Boşluğun istismarı kiberdələduza ixtiyari kod icra etməyə, fərdi məlumatları ələ keçirməyə, dəyişdirməyə və silməyə imkan verir.

Təsirə məruz qalan məhsulların ən son versiyaya yenilənməsi tövsiyyə olunur.