TİBB VASİTƏLƏRİNİN RİSK DƏRƏCƏSİNƏ GÖRƏ SİYAHISI HAZIRLANACAQ

Risk dərəcəsi daha yüksək, yüksək və (və ya) orta olan tibb vasitələrinin siyahısı hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyi risk dərəcəsi daha yüksək, yüksək və (və ya) orta olan tibb vasitələrinin siyahısını və tibb vasitələrinin risk dərəcəsindən asılı olaraq təsnifatını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.