Etibarlı İstehsalat Təcrübəsinə dair tələblər müəyyənləşdiriləcək.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Səhiyyə Nazirliyi 3 ay müddətində Etibarlı İstehsalat Təcrübəsinə dair tələbləri müəyyənləşdirməlidir.
Həmçinin, Nazirlik dərman vasitələrinin və dərman maddələrinin idxalına icazənin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.